"Taliban" 4 nəfəri edam etdi

 19:20 25.09.2021     270

Əfqanıstanın Herat əyalətində "Taliban" 4 kişini çoxsaylı insanın iştirakı ilə edam edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Aamaj Nyus” agentliyi yayıb.

Bildirilib ki, dar ağacından asılan şəxslər adam oğurluğunda təqsirli biliniblər.

Qeyd edək ki, "Taliban" hərəkatının qurucularından Nurəddin Turabi açıqlamasında kütləvi edamları bərpa edəcəklərini bildirib. //Axar.az