BMT Baş katibi nazirlərlə Bakı və İrəvan arasında dialoqu MÜZAKİRƏ ETDİ

 04:27 26.09.2021     373

BMT Baş katibi Antonio Quttereş Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Redaktor.az-ın məluamtına görə, bu barədə A.Quttereşin ofisi məlumat yayıb.

Qeyd edilir ki, Antoniu Quterreş və Ceyhun Bayramov Qafqazda sülh səylərini və Bakı ilə İrəvan arasında dialoqu müzakirə ediblər.

“Baş katib BMT-nin Ermənistanla Azərbaycan arasında ikitərəfli dialoqa və sülhməramlı səylərə dəstəyini vurğulayıb və beynəlxalq təşkilatın münaqişədən zərər çəkən insanlar da daxil olmaqla, əlavə yardım göstərməyə hazır olduğunu bir daha vurğulayıb”, - xəbərdə deyilir.

Quterrişin ofisində həmçinin əlavə ediblər ki, BMT rəhbəri Azərbaycana Qoşulmama Hərəkətina sədr kimi diplomatik işinə görə təşəkkür edib.

BMT Baş katibi Antonio Quterreş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da görüşüb.

Baş katibin ofisindən verilən məlumata görə, tərəflər Ermənistan-Azərbaycan sərhədində yaranan vəziyyəti müzakirə ediblər.

"Baş katib və xarici işlər naziri Ermənistan və Azərbaycan arasında əməkdaşlığı müzakirə ediblər. Onlar həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, regional əməkdaşlığı və davamlı sülhün təşviqi səylərini müzakirə ediblər” - xəbərdə qeyd edilir.

Baş katib davam edən dialoqa və sülhməramlı səylərə, eləcə də BMT-nin bölgədəki təşkilatlarının işinə dəstəyini vurğulayıb.