Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirdi

 07:30 26.09.2021     108

Suriyanın şimal-qərbində PKK terror təşkilatının bu ölkədəki qanadı YPG-nin “Zeytun budağı" əməliyyat zonasına hücum hazırlayan altı silahlısı zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Türkiyə xüsusi təyinatlı dəstəsinin döyüşçüləri "Zeytun budağı" əməliyyatının zonasında növbəti müvəffəqiyyətli əməliyyat keçiriblər. Regionda təhlükəsizlik və sülhü pozmağa çalışan silahlılar zərərsizləşdirilib”, - nazirliyin xəbərində deyilir.

Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK terror təşkilatının silahlıları Türkiyədə bir sıra cinayətlər həyata keçirərək, təhlükəsizlik qüvvvələrinin 7 500 əməkdaşını, habelə 6 800 dinc sakini qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib. //Report