ABŞ-da sərnişin qatarı relsdən çıxdı - Ölənlər var

 08:45 26.09.2021     193

ABŞ-ın Montana ştatında sərnişin qatarı relsdən çıxıb.

Redaktor.az xəbər verir ki, hadisə yerli vaxtla saat 16 radələrində Joplin ərazisi yaxınlığında baş verib.

Qatarda təxminən 147 sərnişin və 13 ekipaj üzvü olub.

CBS-nin yerli polisə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, çox sayda xəsarət alanlar var.

Yaralılar, həmçinin digər sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilib. //APA