Pakistanda partlayış zamanı 4 hərbçi həlak oldu

 09:54 26.09.2021     230

Pakistanın Bəlucistan əyalətində avtomobilin partlaması nəticəsində təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub, daha 2 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə sərhəd korpusu hərbi qulluqçularının Harnay əyalətində patrul xidməti zamanı baş verib. Onların olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun üzərindən keçərkən partlayış olub. //Report