Berlində seçki bülletenləri çatışmır

 19:06 26.09.2021     305

Bazar günü ( 26 sentyabr – Red) keçirilən parlament seçkiləri zamanı Almaniyanın paytaxtı Berlin şəhərindəki bir sıra seçki məntəqələrində bülleten çatışmazlığı yaranıb.

Redaktor.az xəbər verir ki, səsvermə ilə paralel olaraq keçirilən beynəlxalq marafon səbəbiylə bir çox küçələr bağlanıb və bülletenlərin məntəqələrə çatdırılması mümkünsüz olub.

"İndi bir az yüklənmişik və ümid edirik ki, 10-15 dəqiqədən sonra səsvermə davam edəcək" - deyə qəzet seçki məntəqələrindən birinin əməkdaşının sözlərindən sitat gətirib.

Bundestaq seçkilərində qalib gələn partiya hökumət qurmaq hüququna malik olacaq və kabinet uğurla qurulacağı təqdirdə partiya siyahısının lideri ona rəhbərlik edəcək. //Report