Çilidə Venesuela qaçqınlarının çadırları yandırılıb - VİDEO

 19:56 26.09.2021     155

Çilidə Venesueladan qaçaraq bu ölkəyə sığınmış qaçqınların yaşadığı çadırlara od vurulub. Yanğın qaçqınların şəxsi əşyalarını da külə döndərib.

Redaktor.az xəbər verir ki, yerli sakinlər minlərlə şəxsin qonşu ölkədən gələrək Çili hökumətindən yaşayış və iş yerləri tələb etməsinə etiraz əlaməti olaraq bu addımı atıb.

Etirazçıların sözlərinə görə, Çilidə sosial iqtisadi vəziyyət heç də ürəkaçan deyil. Ölkə vətəndaşları özləri iş tapmaqda çətinlik çəkir.

Çilinin hüquq-mühafizə orqanları isə qaçqınların ölkəyə gəlməsindən sonra cinayətkarlığın artmasını qeyd edirlər. //Oxu.az