SEPAH-ın tədqiqat mərkəzində yanğın olub

 22:30 26.09.2021     774

Tehranın qərbində yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tədqiqat mərkəzlərindən birində yanğın qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində yaralanan 3 nəfər xəstəxanaya aparılıb. Yanğın artıq lokallaşdırılıb. Hadisənin səbəbləri araşdırılır.