İrandan gözlənilməz qərar - Ölkəyə ABŞ peyvəndi gətiriləcək

 08:33 27.09.2021     314

İlk dəfə olaraq İrana Amerika istehsalı olan “Johnson & Johnson” və “Pfizer” peyvəndləri idxal olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Gömrük Baş İdarəsinin açıqlamasında qeyd olunub. Nəzərə çatdırılıb ki, bu həftə ərzində 5 milyon doza “Johnson & Johnson” və 5 milyon doza “Pfizer” peyvəndi ölkəyə gətiriləcək.

Bu günə kimi İranda Çin istehsalı olan “Sinofarm” və yerli istehsal “Barakat cov İran” peyvəndləri istifadə olunurdu.