Makrona bu dəfə yumurta atdılar - VİDEO

 16:59 27.09.2021     184

Fransa Prezidenti Emmanuel Makrona yumurta atıblar.

Redaktor.az xəbər verir ki, insident Lion şəhərində baş verib. Belə ki, restoran ticarəti ilə bağlı sərgidə naməlum şəxs Fransa Prezidentinə yumurta atıb və “Yaşasın inqilab!” şüarını səsləndirib.

Həmin şəxs dərhal saxlanılıb (apa).

Qeyd edək ki, bu ilin iyun ayında Emmanuel Makron ölkənin cənub-şərqinə rəsmi səfəri zamanı yerli sakin ona şillə vurub.

Xatırladaq ki, bir müddət öncə makrona yumruq da atmışdılar...