Ned Prays da koronavirusa yoluxdu

 00:49 28.09.2021     375

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays koronavirusa yoluxub.

Redaktor.az-ın məlumatına görə, o, bu barədə tvitter hesabında yazıb.

"Əlamətləri hiss edib, tezliklə COVID-19 testi verdim, nəticə müsbət oldu və yaxın günlərdə karantində olacam".

Özünü pis hiss etdiyini deyən Ned Prays bununla belə hesab edir ki, koronavirusa qarşı vurdurduğu peyvənd onu xəstəliyin ağır fəsadlarından müdafiə edir.