Putin Ərdoğanla Cənubi Qafqazı müzakirə edəcək - Kreml AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın 29-da Soçidə keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya və Türkiyə liderləri Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək.
“Rusiya-Türkiyə tərəfdaşlığının siyasi və ticari-iqtisadi sahələrdə müxtəlif aspektlərinin müzakirəsi planlaşdırılır”, - Kremlin məlumatında vurğulanıb.