Ərdoğan Rusiyaya getdi

 12:36 29.09.2021     333

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

Redaktor.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində keçiriləcək görüşdə iştirak etmək üçün bu ölkəyə səfərə yola düşüb.

Liderlərin Zirvə toplantısının proqarmında heyətlərarası görüş nəzərdə tutulmayıb.

Bildirilib ki, prezidentlər təkbətək görüşəcək və Suriyadakı vəziyyəti müzakirə edəcək.