Putinin özünütəcrid rejimi başa çatdı - Ərdoğana görə...

 14:05 29.09.2021     363

Rusiya Prezidenti Vladimir Putin de-fakto özünütəcrid rejimindən çıxıb.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, bu gün Soçi şəhərində V.Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Ona görə də V.Putinin özünütəcrid rejimi başa çatıb.

Qeyd edək ki, Rusiyanın dövlət başşısı sentyabrın 14-dən özünütəcrid rejimində işləyirdi. Buna səbəb onun yaxın ətrafının koronavirusa yoluxması idi.