Putinlə Ərdoğanın görüşü başladı
Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş başlayıb.
Redaktor.az “TRT Haber”ə istinadla xəbər verir ki, görüşdə dövlət başçıları Suriya, İraq, Əfqanıstan və Cənub Qafqazdakı vəziyyəti müzakirə edirlər.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada işgüzar səfərdədir.













