Putin Ağdamdakı Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzindən DANIŞDI

 15:31 29.09.2021     483

“Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi fəal şəkildə fəaliyyət göstərir və bölgədə sabitliyin ciddi təminatıdır”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçi görüşündə deyib.

“Atəşkəsə nəzarət edən mərkəz fəal şəkildə fəaliyyət göstərir. Bu əməkdaşlıq sabitliyinin və sülhə yönəlmiş növbəti addımlarda tərəflərin mövqelərinin koordinasiyasının ciddi təminatıdır”, - deyə o, bildirib.

Qeyd edək ki, Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi Azərbaycanın Ağdam rayonunda yerləşir.