Ərdoğanla Putin arasında maraqlı PEYVƏND DİALOQU - VİDEO

 20:11 29.09.2021     420

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana üçüncü doza zamanı “Sputnik V” vaksinini məsləhət görüb.

Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, Putin “Sputnik V” vaksinindən sonra onda koronavirus infeksiyasına qarşı antitel səviyyəsinin yüksəldiyini və 15-16 min olduğunu bildirib.

Ərdoğanın “Mən artıq üçüncü doza olaraq Biontec qəbul etmişəm” sözlərindən sonra Putin gülərək “Yaxşı, o zaman” deyib.

Rusiya Prezidenti qeyd edib ki, COVID xəstəsi ilə təmasda olsa da virusa yoluxmayıb: “Bütün gün yoluxmuş insanla bir yerdə olsam da, xəstələnmədim. Şanslı idim”.

Ərdoğan bunun çox yüksək rəqəm olduğunu, indiyədək antitellərin 1100-ü keçdiyini bildirib. Putin isə cavabında “Yox, məndə yüksək idi. Ekspertlər müxtəlif cür hesablayırlar. Ancaq mənə dedilər ki, çox yüksəkdir” deyib.