Dünya əhalisinin üçdə biri tam peyvənd olunub - ÜST

 09:04 30.09.2021     350

Peyvəndlərin 75%-dən çoxu yüksək gəlirli ölkələrə, yarısı isə orta gəlirli ölkələrə gedir. Aşağı gəlirli ölkələr isə vaksin tədarükünün yarıdan da azını alır. Afrikada əhalinin yalnız 4%-i tam peyvənd olunub”.

Redaktor.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Kolumbiya Universitetinin ev sahibliyi etdiyi Dünya Liderləri Forumunda bildirib.

ÜSt rəhbəri əlavə edib ki, bu günə qədər dünyada 6 milyard dozadan çox peyvənd istifadə edilib: “Dünya əhalisinin demək olar ki, üçdə biri COVID-19 əleyhinə tam peyvənd edilib. Lakin bu rəqəmlərdə dəhşətli bərabərsizlik gizlənir.

Onun sözlərinə görə, heç bir ölkə dünyanın qalan hissəsi peyvənd olunmadığı halda, pandemiyadan çıxa bilməyəcək.