Türkiyə onlara qucaq açır - Köç komissiyası yaradılacaq

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanov, 28 sentyabr 2021-ci il tarixində Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ilə Ankarada Prezident sarayında bir araya gəlib.
Redaktor.az xəbər verir ki, görüşdə, DATÜB sədri Ziyəddin Kassanov, Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ilə, yaşadıqları ölkələrdə problemlərlə qarşılaşan Ahıska Türklərinin Türkiyəyə köç etdirilməsi, uzun müddətdir diplom təsdiqi gözləyən Ahıska türkü həkimlərin durumu, Bitlisin Ahlat rayonuna gətirilən Ahıska türklərinə ərazilərin verilməsi kimi əsas mövzular haqqında fikir mübadiləsi edib.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, yaşadıqları ölkələrdə problemlərlə üzləşən Ahıska Türklərinin Türkiyəyə köç etdirilməsi ilə əlaqədar olaraq nazirliklərdən ibarət bir köç komissiyası qurulacağını, Türkiyədə yaşayan Ahıska türkü həkimlərin diplomlarının tanınması üçün isə Yüksəköyrətim Qurulu Başqanlığı (YÖK) tərəfindən ən qısa zamanda yenidən məsələ ilə bağlı görüşmələr səbəbiylə DATÜB-ün dəvət ediləcəyini, Ahlatda yaşayan Ahıska türklərinə əkin sahələrinin verilməsi üçün isə mövcud dövlətin balansında olan torpaqların statusunun dəyişdirilərək onlara verilməsi üçün fəaliyyətin davam etdirildiyini bildirib.
T.İSMAYIL