“Rusiyadan “S-400”-lərin alınmasına görə ABŞ-la qarşıdurmaya dəyərdi" - Ərdoğan

 11:53 30.09.2021     368

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan “S-400” zenit raket komplekslərinin alınmasının səbəblərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində “New York Times”ə müsahibəsində bildirib ki, əgər ABŞ “Patriot” sistemini satsaydı, Türkiyə Rusiyadan “S-400”-ləri almaq məcburiyyətində qalmayacaqdı.O, həm NATO Baş katibi Yens Stoltenberq, həm də sabiq ABŞ Prezidenti Donald Trampın Türkiyənin silah tədarükçülərini seçmək hüququnu tanıdıqlarını xatırladıb.

“Rusiyadan “S-400”-lərin alınmasına görə ABŞ-la qarşıdurmaya dəyərdi?” sualına isə Ərdoğan belə cavab verib: “Məncə buna dəyərdi. İstədiyimiz kimi müdafiəmizi gücləndirə bilərik”.

Ərdoğan Türkiyə-ABŞ münasibətlərinin əhəmiyyətinə toxunub. O qeyd edib ki, ölkəsinin ABŞ-la uzun illərə söykənən əlaqələrinin qorunması və gücləndirilməsi lazımdır.

Vumart və Güvən reklamı Vumart Güvən