“Putinlə Ərdoğan Qarabağı müzakirə ediblər” - KREML

 16:04 30.09.2021     197

“Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə keçirilən görüş zamanı Suriya, Əfqanıstan, Liviya və Qarabağla bağlı məsələləri müzakirə ediblər”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov vurğulayıb ki, tərəflər danışıqlar zamanı regional problemlərə xüsusi diqqət ayırıblar. 

Onun sözlərinə görə, danışıqlar zamanı Putin Azərbaycan və Ermənistan arasında güzəştli həll yollarının vacibliyini vurğulayıb:

“Rusiya tərəfi qeyd edib ki, tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı üzrə güzəştli həll yolları axtarmalıdırlar”.

Qeyd edək ki, Putin və Ərdoğan arasında danışıqlar dünən Soçidə baş tutub. İki ölkə liderinin görüşü mətbuata qapalı şəkildə 2 saat 45 dəqiqə davam edib.