Gürcüstanda vaksinasiya müəllimlər üçün məcburi deyil

 20:13 30.09.2021     262

Gürcüstanın Təhsil və Elm Nazirliyi müəllimlər üçün koronavirsa qarşı vaksinasiyasının məcburi olacağı barədə yayılan məlumatları həqiqətə uyğun olmayan adlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət qurumunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, nazirlik müəllimləri mütəmadi olaraq peyvənd vurdurmağa çağırır.

“Vaksinasiya könüllüdür. Tədris prosesinin təhlükəsiz mühitdə davam etməsi üçün nazirlik pedaqoqları peyvəndlənməyə çağırır. Bundan başqa, YUNİSEF-lə birgə təhsil işçiləri arasında vaksinasiya barədə məlumatlılığın artırılması işləri aparılır. Hazırkı mərhələdə dövlət və özəl məktəblərin müəllimləri və təhsil müəssisələrinin rəhbərliyinin əməkdaşlarının 65 %-i vaksinasiyadan keçib və proses davam edir”, - məlumatda deyilir.

Qeyd edək ki, ölkənin baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bu gün bildirib ki, müəllimlər məcburi qaydada peyvənd vurdurmalı olacaqlar və bununla bağlı müvafiq qərar hazırlanıb (report).