Ermənistanın keçmiş müdafiə naziri həbs edildi

 22:00 30.09.2021     545

Ermənistanda məhkəmə sabiq müdafiə naziri David Tonoyan haqqında qərar verib.

Redaktor.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçib.

Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apellyasiya şikayəti veriləcək.

Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.