Saakaşvili Gürcüstana QAYITDI - VİDEO

“Sabahın xeyir Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”.
Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində yazıb.
Xatırladaq ki, keçmiş dövlət başçısının oktyabrın 2-də Gürcüstana gedəcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı.
Qeyd edək ki, M.Saakaşvili feysbuk səhifəsində ölkəsində olduğunu təsdiq edən video paylaşıb.
Videoda Batumi şəhəri əks olunub.
“Bu, mənim Batumimdir... Həyatımla risk edib buraya gəldim”, - o yazıb.
M.Saakaşvili hamını sabah keçiriləcək yerli seçkilərdə iştiraka, oktyabrın 3-də isə mitinqə çağırıb.