Türkiyənin tanınmış dövlət xadimi vəfat etdi

Türkiyə tanınmış siyasətçi, dövlət xadimi, Səadət Partiyası Ali Məsləhət Şurasının sədri Oğuzxan Əsiltürk 86 yaşında vəfat edib.
Redaktor.az-ın Türkiyə KİV-nə istinadla məlumatına görə, bu barədə partiyanın sözçüsü Birol Aydın bildirib.
Məlumata görə, partiyanın sədri Təməl Karamollaoğlu Oğuzxan Əsiltürkülə bağlı başsağlığı verib.
Qeyd edək ki, Oğuzxan Əsiltürk 1935-ci il mayın 25-də Malatyanın Hekimxan rayonunda anadan olub. O, Türkiyənin Daxili İşlər Nazirliyinə və Sənaye və Texnologiya Nazirliyinə rəhbərlik edib.