İranın Quru Qoşunları Azərbaycanla sərhəddə TƏLİMLƏRƏ BAŞLADI

 11:35 01.10.2021     731

İranın Quru Qoşunları ölkənin şimal-qərb bölgələrində təlimlərə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Məlumata görə, “Fatehan Xeybər” adlanan təlimlərə zirehli bölmələr, artilleriya, pilotsuz uçuş aparatları və Hərbi Hava Qüvvələrinin helikopterləri cəlb olunub.

Qeyd edək ki, İranın şimal-qərb bölgəsi Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərini əhatə edir.