Saakaşvili yeni video paylaşdı - “Oktyabrın 3-də Tbilisidə olacağam”

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili oktyabrın 3-də tərəfdaşları ilə birgə Tbilisiyə yollanmaq niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşdığı növbəti videoda deyib.
M.Saakaşvili bildirib ki, Tbilisidə seçkilərin nəticələrini müdafiə edəcək: “Oktyabrın 3-də səhər bütün Gürcüstandan Tbilisiyə gedəcəyik. Mən avtomobil karvanının birinə qoşulacam. Xahişim budur - bu cür karvanlar çoxsaylı olsun ki, məni saxlaya bilməsinlər”.
Qeyd edək ki, Saakaşvili bundan öncə feysbukda öllkəsində olduğunu təsdiq edən video paylaşıb.
Videoda Batumi şəhəri əks olunub.
“Bu, mənim Batumimdir... Həyatımla risk edib buraya gəldim”, - o yazıb.
M.Saakaşvili hamını sabah keçiriləcək yerli seçkilərdə iştiraka, oktyabrın 3-də isə mitinqə çağırıb (report).