"Saakaşvili Ukraynanı tərk etməyib"

 15:19 01.10.2021     984

“Keçmiş prezident Mixeil Saakaşvili Gürcüstan sərhədini keçməyib”.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

Qeyd olunub ki, Ukrayna tərəfi ilə dəqiqləşdirilib ki, keçmiş dövlət başçısı ölkəni tərk etməyib.

“Mixeil Saakaşvili axtarışdadır. O, Gürcüstan sərhədini keçən kimi həbs olunacaq”, - brifinqdə deyilib.

“İmedi” telekanalı Saakaşvilinin Ukraynada olması barədə məlumat yayıb.

Bildirilib ki, o, Ukraynaya Amsterdamdan sentyabrın 24-də yollanıb və ölkəni tərk etməyib. Eks-prezidentin son 4 gündə Truskavets kurortunda olduğu bildirilib.