Ermənistanda daha bir general SAXLANILDI

 15:28 01.10.2021     1701

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Hraparak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, hazırda onun evində axtarış aparılır. Bildirilib ki, S.Qalstyan keyfiyyətsiz döyüş sursatlarının silahlanmaya qəbul edilməsi, nəticədə dövlətə külli miqdarda - təqribən 4,5 milyon dollar ziyan dəyməsi ilə bağlı başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl dindirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti sentyabrın 30-da həmin iş üzrə keçmiş müdafiə naziri David Tonoyanın və “Patron Davo” ləqəbi ilə tanınan silah taciri David Qalstyanın həbs olunması barədə məlumat yayıb.

D. Tonoyan külli miqdarda mənimsəmədə günahlandırılır.