İranda məxfi hərbi baza PARTLAYIB - FOTO

 17:32 01.10.2021     1302

İranın İnqilab Keşikçiləri Korpusunun Tehran yaxınlığında sahib olduğu raket istehsalı üzrə məxfi bazasında baş vermiş partlayışın görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb.

Məlumata görə, İsrailin özəl kəşfiyyat şirkəti partlayış baş verən bazanın peyk görüntülərini yayıb.

“ImageSat International” şirkətinin yaydığı görüntülərdən binanın azı dörddə bir hissəsinin dağıldığını, həmçinin binanın damında əlavə dağıntıların olduğunu görmək mümkündür. 

Partlayışın sentyabrın 24-ü baş verdiyi qeyd olunub. Partlayış nəticəsində İnqilab Keçikçiləri Korpusunun azı 2 üzvü həlak olub, daha bir neçəsi isə yaralanıb.

İnqilab Keşikçiləri Korpusu isə öz növbəsində Tehran yaxınlığındakı araşdırma mərkəzlərinin birində yanğın baş verdiyini açıqlayıb və Korpusun iki əməkdaşının aldığı xəsarətlərdən öldüyünü bildirib. Korpus məsələ ilə bağlı digər detalları açıqlamayıb.

2