Lavrov Mirzoyanla mina xəritələrinin Azərbaycana verilməsini MÜZAKİRƏ ETDİ

 18:40 01.10.2021     1289

Oktyabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Redaktor.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, tərəflər humanitar məsələlərin həllini və s. müzakirə ediblər.

"Tərəflər regional sabitlik və təhlükəsizlik problemləri, o cümlədən 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmaları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda minalı ərazilərin xəritələrinin verilməsi, mədəni irs obyektlərinin qorunub saxlanması kimi məsələləri müzakirə ediblər", - deyə məlumatda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən