Gürcüstan Prezidenti Saakaşvilinin əfv edilməyəcəyini bəyan etdi

 22:18 01.10.2021     1726

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, məhkəmə qərarlarının icrası üçün sabiq dövlət başçısı müvafiq penitensiar müəssisəyə köçürülüb.

Həmçinin qeyd olunur ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi faktı ilə bağlı araşdırmalar aparılır.

Gürcüstan Prezidenti Salome Zurabişvili isə Mixeil Saakaşvilini əfv etməyəcəyini bildirib.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Prezidentin fikrincə, Saakaşvili beynəlxalq tərəfdaşların tövsiyələrinə zidd olaraq sabitliyi pozmaq üçün Gürcüstana gəlib.

Qeyd edək ki, Mixeil Saakaşvili bu gün Gürcüstanda saxlanılıb.