Saakaşvili həbsxanada aclıq elan etdi

Ötən gün saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili aclıq aksiyasına başlayıb.
Redaktor.az-ın məlumatına görə, Gürcütanın ombudsmanı Nino Lomjariya keçmiş prezidentlə görüşdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, keçmiş prezident Ukrayna konsulu ilə görüş tələb edir.
"Mən həbsxanaya daxil olanda o, tibbi müayinədən keçirdi. Sonra bizə kamerada danışmaq imkanı verildi. Mixeil Saakaşvili aclıq elan etdiyini dedi", - Lomjaria deyib.