Argentinada bu yaşdan yuxarı uşaqlara koronavirus peyvəndi vurulacaq

 19:38 02.10.2021     571

Argentinada 3-11 yaşlı uşaqlara Çinin “Sinopharm” şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndi vurulacaq.

Ölkə rəhbərliyi bu ilin sonuna qədər onları vaksinasiya etmək niyyətindədir.

Redaktor.az  News.ru-ya istinadla xəbər verir ki, bu barədə Argentinanın səhiyyə naziri Karla Visotti qrumun “Twitter” hesabında məlumat verib.

Onun sözlərinə görə, ölkədə 5,5-6 milyon insan bu yaş qrupuna aiddir. Peyvənd planları yerli hakimiyyət orqanları tərəfindən təyin ediləcək, bununla da həm məktəbliləri, həm də bağça uşaqlarını peyvənd edə biləcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən