Zelenski yenidən prezidentliyə namizəd olacaq?

 15:11 03.10.2021     727

Ukrayna Prezidenti Volodimir Zelenski ikinci prezidentlik müddəti ilə bağlı hələ qərar vermədiyini bildirib. Bütün vədlər yerinə yetirilənə qədər ikinci dəfə prezidentliyə namizədliyimlə bağlı düşünmürəm.

Redaktor.az yerli KİV-ə istinadla xəbər verir ki, bu fikri Zelenski “Xalqın xidmətçisi” fraksiyasının zirvə toplantısından sonra brifinqdə söyləyib.

Zelenski birinci müddət bitməmiş bütün vədləri yerinə yetirmək istədiyini qeyd edib. “Proqramımızın 30-35 faizini başa vurduğumuzu düşünürəm. Ancaq bütün gücümüzlə işləməsək, vədlərin hamısının yerinə yetirilməsinə vaxtımız olmayacaq”, - deyə Volodimir Zelenski əlavə edib.