Əlcəzair bu ölkənin hərbi təyyarələri üçün hava məkanını bağladı - SƏBƏB

 15:38 03.10.2021     295

Əlcəzair öz hava məkanını Fransa hərbi təyyarələri üçün bağlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Bundan əvvəl Əlcəzairin Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb. 

Diplomatik qalmaqal Fransanın əlcəzairlilərə verilən viza sayını yarıya endirmək qərarının səbəb olduğu böhran fonunda baş verir.

Əlcəzair prezidenti Əbdülməcid Təbbun bildirib ki, səfirin geri çağırılması Fransa prezidenti Emmanuel Makronun məsuliyyətsiz açıqlamalarından sonra verilib.