Türkiyədə daha bir zəlzələ

Türkiyədə bir neçə dəfə zəlzələ qeydə alınıb.
Redaktor.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, yeraltı təkanlar Burdur bölgəsində qeydə alınıb.
Bucak rayonunda birinci 4,2 maqnitudada baş verib. Ərazidə bundan sonra daha 18 yeraltı təkan olub. Yerli vaxtla saat 18:05-də rayonun Kestel kəndində 3 maqnitudada daha bir zəlzələ baş verib. Zəlzələ ocağı 7,2 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat qeydə alınmayıb.