Rusiyada koronavirusa görə kütləvi tədbirlər ləğv olundu

 15:59 04.10.2021     218

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.

Redaktor.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

O, pandemiya ilə əlaqədar ölkə üzrə kütləvi tədbirlərin ləğv olunduğunu qeyd edib.

“Bu gün ölkədə 3000 nəfərdən çox insanın iştirakı ilə heç bir tədbir keçirilmir. Ölkənin ancaq iki subyektində 1000 nəfərdən 2000 nəfərədək insanın iştirakı ilə isətədbir keçirilməsinə icazə verilir. Bu, epidemioloji prosesin xüsusiyyətidir”, - deyə Rusiyanın baş həkimi vurğulayıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxmada artım müşahidə olunur. Son sutka ərzində 25 781 nəfər COVID-19-a yoluxub, 883 nəfər isə xəstəlikdən ölüb.