Paşinyan Putinlə görüşəcək

 18:45 04.10.2021     293

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü olacaq.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü zamanı deyib.

O bildirib ki, indiyədək Putinlə Paşinyan arasında 3 görüş, 14 telefon danışığı olub və yaxın vaxtlarda daha bir görüş keçiriləcək.