Ağ Evdən sosial şəbəkələrlə bağlı AÇIQLAMA

“Ağ Ev sosial şəbəkələrdəki problemlərlə bağlı vəziyyəti izləyir”.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ administrasiyasının mətbuat katibi Cen Psaki brifinq zamanı deyib.
“Vəziyyətdən xəbərdarıq və onu izləyirik”, - deyə Psaki qeyd edib.
Qeyd edək ki, oktyabrın 4-dü axşam saatlarından “Facebook”, “WhatsApp”, “Instagram” kimi beynəlxalq platformalar çöküb.