Türkiyə Ukrayna və Gürcüstanı dəstəkləməkdə davam edəcək - Çavuşoğlu

 20:01 05.10.2021     272

“İki Qara dəniz ölkəsi olan Ukrayna və Gürcüstanı dəstəkləməkdə davam etməliyik”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ölkələrin ərazi bütövlüyü, həmçinin NATO ilə münasibətlərinin inkişafı və imkanlarının artırılması baxımından dəstəklənməsi lazımdır.

M.Çavuşoğlu Türkiyənin Krımın ilhaqını tanımadığını və tanımayacağını bildirib (report).