Türkiyə parlamenti Paris İqlim Sazişini təsdiqlədi

 23:17 06.10.2021     142

Türkiyə Böyük Millət Məclisi Paris İqlim Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsini qəbul edib.

Redaktor.az "Anadolu"ya istinadla xəbər verir ki, layihə səsvermənin nəticələrinə əsasən qəbul olunub.

Qeyd edək ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin 76-cı Baş Assambleyasındakı çıxışında Paris İqlim Sazişinin yaxın vaxtlarda parlamentdə təsdiq olunacağının anonsunu vermişdi.

Paris İqlim Sazişi 2015-ci ildə 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sənədidir. O, qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.