Pakistanda zəlzələ - 20 nəfər həlak oldu, yüzlərlə yaralı var

 08:24 07.10.2021     2198

Pakistanın cənubundakı Bəlucistan əyalətində baş verən zəlzələ zamanı həlak olanların sayı 20 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, təbii fəlakət zamanı 300-dən çox insan xəsarət alıb. 

Nəşrin məlumatına görə, yeraltı təkanlar əyalətin Kvette, Sibbi, Pişine, Çaman və digər şəhərlərində hiss edilib. Hakimiyyət orqanları təbii fəlakətin fəsadlarının aradan qaldırılması və qiymətləndirilməsi ilə məşğuldur. Qeyd edilir ki, əyalətin inzibati binaları dağılıb. 

Xatırladaq ki, Pakistanda yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələ baş verib.