Ukrayna Ali Radasının sədri istefaya göndərildi

 13:09 07.10.2021     578

Ukrayna Ali Radasının (parlament) sədri Dmitri Razumkov istefaya göndərilib.

Redaktor.az  xəbər verir ki, məlumatı UNİAN yayıb.

Məlumata görə, 284 deputat onun əleyhinə səs verib.

Xatırladaq ki, oktyabrın 2-də Xalq Xidmətçiləri Partiyası onun istefası ilə bağlı məsələnin gündəliyə çıxarılması üçün lazımi sayda imza toplamışdı.

Məlumata görə, Ali Rada sədrinin birinci müavini Ruslana Stefançuk bu vəzifəyə seçilə bilər.