Bayden sanksiyaları uzatdı: "Türkiyənin Suriyadakı hərbi əməliyyatı ABŞ üçün ciddi təhlükə doğurur"

ABŞ Prezidenti Cozef Bayden Türkiyənin Suriyadakı hərbi əməliyyatı ilə əlaqədar Ankaraya qarşı sanksiyalar barədə fərmanın qüvvədə qalma müddətini bir il uzadıb.
Redaktor.az xəbər verir ki, barədə Ağ Evin açıqlamasında deyilir.
C.Baydenin sözlərinə görə, Türkiyənin Suriyadakı hərbi əməliyyatı ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün ciddi təhlükə doğurur: "Bununla əlaqədar olaraq 13894 saylı fərmanla elan edilən fövqəladə vəziyyəti bir il müddətinə uzadıram".
Qeyd edək ki, sözügedən fərman 2019-cu ilin 14 oktyabr tarixində ABŞ-ın sabiq Prezidenti Donald Tramp tərəfindən imzalanıb.