Türkiyə və İran arasında müzakirələr başlayır

 09:27 08.10.2021     377

Türkiyə və İran arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələr Ankarada və iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin rəhbərliyi ilə baş tutacaq.

Türkiyə tərəfini xarici işlər nazirinin müavini, səfir Sədat Önal, İran tərəfini isə bu ölkənin XİN rəhbərinin müavini Əli Baqeri Keni təmsil edəcək.

Məsləhətləşmələrdə ikitərəfli əlaqələr, regional və beynəlxalq vəziyyət haqqında fikir mübadiləsi aparılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən