Ukraynada deputatın meyiti tapıldı

 09:57 08.10.2021     315

Ukrayna Ali Radasının deputatı Anton Polyakov Kiyevdə ölü tapılıb.

Redaktor.az "Ria Novosti"yə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, deputat taksidə gedərkən özünü pis hiss edib. Ukrayna milli polisinin Kiyevdəki idarəsindən verilən məlumata görə, bu gün Kiyev polisinə Ukraynanın xalq deputatı Anton Polyakovun paytaxtın Dnepr rayonunda ölü tapılması barədə məlumat daxil olub.

Hadisə yerində hüquq-mühafizə orqanları zəruri istintaq hərəkətlərini yerinə yetirir. Ölümün dəqiq səbəbi məhkəmə-tibb ekspertizasından sonra bilinəcək.