Ukrayna Türk Şurasına üzv olmaq istəyir - Çavuşoğlu AÇIQLADI

Ukrayna Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) müşahidəçi statusu ilə üzv olmaq niyyətindədir.
Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lvov Universitetində ukraynalı həmkarı Dmitri Kuleba ilə keçirdiyi görüşdə bildirib.
Nazir qeyd edib ki, bu məsələyə noyabrın 12-də İstanbulda Türk Şurası liderlərinin Zirvə Görüşündə baxılacaq.