Ukrayna parlamentinə yeni sədr seçildi

Ali Radanın başçısının birinci müavini Ruslan Stefançuk Ukrayna parlamentinin spikeri seçilib.
Redaktor.az “RİA Novosti”yə istinadla xəbər verir ki, qərarı 261 deputat dəstəkləyib.
Qeyd edək ki, bundan əvvəl hakim “Xalqın Xidmətçisi” partiyasının təşəbbüsü ilə Dmitri Razumkov bu vəzifədən azad edilib.
Stefançuk Ternopildə həkim ailəsində anadan olub. Bu vəzifəyə qədər o, Ukrayna Ali Radasının birinci vitse-spikeri, prezidentin parlamentdəki nümayəndəsi vəzifəsində çalışıb. O, hüquq elmləri doktoru, professor, Ukrayna Milli Hüquq Elmləri Akademiyasının müxbir üzvü, Ukraynanın əməkdar elm və texnologiya xadimidir.