Kadırov qızını mədəniyyət naziri təyin etdi - FOTO

 17:20 08.10.2021     503

Çeçenistanın başçısı Ramzan Kadırovun qızı Aişat Kadırova ölkənin mədəniyyət naziri təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Moqimed Daudov rəsmi instaqram hesabında yazıb:

“İnanıram ki, o, bu vəzifədə daha ciddi nəticələr əldə edəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcək”, - o qeyd edib.

Qeyd edək ki, 1998-ci ildə anadan alan Aişat Kadırova Çeçenistan Dövlət Universitetini bitirib. O, indiyədək mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı (report).

22